Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib və iki nəfər xəsarət alıb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Svetlana Məmmədova küçəsində baş verib.

Belə ki, “Hyundai” markalı maşının sürücüsü kəsişmədə idarəetməni itirərək qarşıdan gələn “Honda” markalı maşına çırpılıb.

Qəza nəticəsində “Hyundai”da olan sərnişin və sürücü xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hər iki maşına ciddi ziyan dəyib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.