Bakıda mart ayında təkrar mənzil bazarında qiymətlər ucuzlaşıb.

“MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirib ki,  mart ayında Təkrar mənzil bazarında qiymətlər 2,4 faiz ucuzlaşıb. Ötən ay ilkin mənzil bazarında orta qiymət 1668 manat/kv.m təşkil edib.

İlkin mənzil bazarında isə bahalaşma qeydə alınıb. Belə ki, mart ayında bu bazarda qiymətlər 3,11 faiz bahalaşıb, orta qiymət isə 1394 manat/kv.m təşkil edib.