2018-ci ilin noyabr ayında Bakının avtomobil bazarında orta qiymət 42,152 min manat təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov açıqlama verib.

Onun sözlərinə görə, əvvəlki ayla müqayisədə avtomobil bazarında orta qiymət 12,22 faiz bahalaşıb. Ekspert qeyd edib ki, bu ilin noyabr ayında cəmi 1,729 min avtomobil satışa çıxarılıb.oxu.az