Bakıda bu ilin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi 12 milyard 010,3 milyon manat olub.

Bu barədə İqtisadiyyat.az-a Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.

Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,2 % çoxdur.

Ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,7 % artaraq 6 milyard 566,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,2 % azalaraq 5 milyard 443,9 milyon manata bərabər olub.

İstehlak məhsullarının 37 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 40,4 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22,6 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.