Azərbaycanın bu ilin yanvar-may aylarında İspaniya ilə ticarət dövriyyəsi 688,2 milyon ABŞ dolları həcmində olub.

İqtisadiyyat.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 388,4 milyon ABŞ dolları və ya 2,2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın İspaniyaya ixracı 652,2 milyon ABŞ dolları həcmində olub. Ölkənin İspaniyadan idxalının həcmi isə 35,9 milyon ABŞ dolları olub.