Azərbaycanın bu ilin yanvar-may aylarında MDB ölkələrinə ixracı 641,9 milyon ABŞ dolları dəyərində olub.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 82,5 milyon dollar və ya 11,3% azdır.

Hesabat dövründə MDB ölkələrindən idxal 2 milyard dollar təşkil edib ki, bu da illik müqayisədə 59,4 milyon dollar və ya 39,5% çoxdur.