Azərbaycan bu ilin yanvar-may aylarında xarici ölkələrlə 22,9 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

5 aylıq xarici ticarət dövriyyəsinin 16,1 milyard ABŞ dolları ixracın, 6,8 milyard ABŞ dolları isə idxalın payına düşüb. Nəticədə xarici ticarətdə 9,2 milyard dollarlıq müsbət saldo yaranıb.

Bu dövrdə Azərbaycanın ən böyük ticarət tərəfdaşları isə bunlardır:

Ölkə

Ticarət dövriyyəsi

İtaliya

7,5 milyard dollar

Türkiyə

3,5 milyard dollar

Rusiya

1,7 milyard dollar

Çin

1 milyard dollar

Almaniya

778,9 milyon dollar