Azərbaycana bu ilin yanvar-may aylarında idxal olunan balıq və dəniz məhsullarının dəyəri artıb.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkəyə dəyəri 12,3 milyon dəyərində balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 milyon dollar çoxdur.

Hesabat dövründə ölkənin balıq və dəniz məhsulları ixracı isə 736,7 min dollar dəyərində olub. Bu da ötən ilin eyni dövrünə görə 4.1 dəfə çoxdur.