Mobil tətbiqdən istifadə rahatlığına görə reytinqimizdə 10-cu yeri Access Bank tutur 9-cu Bank Respublika 8-ci yeri Turanbank ,7-Express Bank altıncı yerdə Bank of Baku, ilk 5-də belə deyək ki, ABB Bank-ın müştərilərə təqdim etdiyi tətbiqdir.

Bunu Mobil Bankçılıq Forumunda bunu Markswebb Agentliyinin komanda rəhbəri Olqa Staseviç deyib.

O bildirib ki, bu qrupa düşən bankların hamısının ortaq bir cəhəti var,bu da tətbiqlərin daha az məlumatlı və təfərrüatlı əməliyyat tarixçəsi təqdin edə bilməməsidir. Yeni, istidfadəçinin ödəniş tarixçəsinə baxması daha çox istifadə edilən funksiyadır.Bu bankların mobil tətbiqlərində bunu etmək daha çətindir.Bu tətbiqlərdə hər zaman müəyyən bir şeyi müəyyən etməyi asanlaşdıracaq ətraflı məlumat yoxdur. Tarixçə axtarış vasitələrini azdır, yəni bəzən filtrlər olmur, məlumat axtarmaq və tapmaq üçün bir vasitə yoxdur. Bir növ axtarış sətri ilə xüsusi əməliyyat burada daha çox belə deyək ki, məhduddur. Mobil proqram daxilində istifadə asanlığına görə 4-cü yerdə Rabitəbank-ın mobil tətbiqidir. 3-cü yerdə Unibank , İkinci yeri Kapitalbank və birinci yerdə reytinqimizin lideri Yelo Bankın təqdim etdiyi mobil tətbiqidir.