“İmprotex Motors” şirkəti tərəfindən Tam Yeni X5 G05 avtomobilinin Azərbaycanda təqdimatı keçirilib.

İqtisadiyyat.Az-ın məlumatına görə, təqdimatda bildirilib ki, avtomobil bir neçə mühərrik variantı ilə təqdim edilir. 100 km/saat sürətini, 3.0 litr mühərrikli versiya 5,5 saniyəyə, 4,4 litir mühərrikli versiya isə 4,7 saniyəyə yığır.

2000-ci ildən bu yana 2.2 milyon ədəd satılmış SUV-də sələfi ilə müqayisədə xeyli dəyişikliklər edilib. Avtomobilin baza qiyməti 65 min avrodur. Komplektasiya uyğun olaraq qiymətlər dəyişir.