Azərbaycandan bu ilin yanvar-may aylarında 8 milyon dollar dəyərində 6,2 min ton nar ixrac edilib.

İqtisadiyyat.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə nar ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 4 dəfə, dəyər baxımından isə 5,2 milyon dollar və ya 3,3 dəfə çoxdur.