Türkiyənin İstanbul şəhərində İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə "İş dünyası - 100 ilin zirvəsi” biznes forum-sərgi keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tviter hesabında bildirib.

"Azərbaycan və Türkiyə biznes ictimaiyyətinin iştirakı ilə keçirilən tədbirdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinə, əməkdaşlıq və investisiya imkanlarına dair fikirlərimizi bölüşdük", - deyə o qeyd edib.