Azərbaycan bu gün Bakıda start götürəcək atıcılıq üzrə Dünya Kubokunda 43 idmançı ilə təmsil olunacaq

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib:

"Ölkəmiz mötəbər yarışa 8-ci dəfədir evsahibliyi edir. İdmançılarımız beynəlxalq yarışlarda uğurlu nəticələr əldə ediblər. Ümid edirəm ki, bu yarışda da öz sözlərini deyəcəklər".

Dünya Kuboku mayın 1-dən 12-dək Bakı Atıcılıq Mərkəzində keçiriləcək