Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin yanvar-sentyabr aylarını 23,7 milyon manat xalis mənfəətlə başa vurub.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur.

9 ay ərzində BOKT-ların gəlirləri 83,2 milyon manat (illik müqayisədə 34,4% çox), xərcləri 55,1 milyon manat (28,4% çox), xüsusi ehtiyatlara ayırmaları 2,5 milyon manat (79% az), mənfəət vergisi ödəmələri isə 1,9 milyon manat (26,7% çox) təşkil edib.