Azərbaycana bu ilin yanvar-may aylarında 30,8 milyon dollar dəyərində 45,9 min ton gübrə idxal edilib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 6,9 milyon dollar çoxdur.

Məlumata görə, hesabat dövründə gübrə idxalı ölkənin ümumi idxalının 0,45%-ni təşkil edib.