Avrozonada iyun ayında illik inflyasiya səviyyəsi 6,1%-dən 5,5%-ə enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqında iyun ayında illik inflyasiya isə 7,1%-dən 6,4%-ə enib.

Hesabat dövründə Macarıstanda illik inflyasiya 19,9%, Slovakiyada 11,3%, Çexiyada 11,2%, İtaliyada 6,7% ​​, Almaniyada 6,8%, Fransada isə 5,3% təşkil edib.

 

Gözəl Həşimova