Bu il oktyabrın sonunda Avropada təbii qazın min kubmetrinin qiyməti, təxminən, 1246 təşkil edib.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bunu London ICE birjasının noyabr və dekabr fyuçersləri üzrə məlumatları sübut edir. Ucuzlaşmanın əsas amillərindən biri regionda havaların anomal isti keçməsi səbəbindən isitmə mövsümünün başlanmasının gecikməsidir.

Əgər sentyabrın 30-da təbii qaz fyuçersləri hər min kubmetr üçün, təqribən, 1884 dollar səviyyəsində ticarəti olunurdusa, oktyabrın 31-də yekun qiymət 1246 dollar olub və bu da əvvəlki ayın sonundakı göstəricidən 34% azdır.

Avropada təbii qazın min kubmetrinin orta qiyməti oktyabrda, təxminən, 1382 dollar, sentyabrda isə 2090 dollar təşkil edib.