Almaniyanın "Autozeitung" qəzeti ölkədə işlənmiş dizel avtomobillərinin ən çox hansı ölkəərə göndərildiyini açıqlayıb. 

İqtisadiyyat.Az xəbər verir ki, birinci yerdə Ukraynadır – bu ölkəyə işlənmiş diel maşınlarının ixracı 136,8% və ya 2,4 dəfə artıb. Xorvatiyaya belə maşınların ixracı 89%, Sloveniyaya isə 51% artıb. Maraqlıdır ki, işlənmiş alman dizel maşınları həyat səviyyəsi yüksək olan ölkələrlə də həvəslə alınır. Məsələn, Avstriyaya belə maşınların göndərilməsi 41%, Fransaya 34%, İspaniyaya 31% artıb.

Ümumilikdə işlənmiş dizel avtomobillərin Almaniyadan ixracı 2018-ci ildə 2017-yə nisbətən 20,5% artıb.

Amma bəzi ölkələrdə belə maşınlara maraq azalıb. Məsələn Norveçdə, hansı ki, elektriklə işləyən maşınlara böyük üstünlük verilir, alman işlənmiş dizel avtomobillərinin satışı 26% azalıb. İsverçrədə azalma 18,7%, Finlandiyada 9% olub.