Məzarlıq Ağdamın işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Ağdam-Hindarx yolunun kənarında tapılıb.

İqtisadiyyat.az xəbər verir ki, skeletlərin aşkarlandığı əraziyə baxış zamanı yaxınlıqda hərbi yük avtomobilinin qalıqları da müəyyən edilib.

Ehtimala görə, Birinci Qarabağ müharibəsi zamanı ermənilər 4 nəfəri həmin avtomobildə qətlə yetiriblər. Meyitləri isə quyuya ataraq basdırıblar.