Almaniyada keçirilən Avropa çempionatında bu gün yarımfinal mərhələsinin oyunlarına start veriləcək.

İqtisadiyyat.az xəbər verir ki, mərhələnin ilk oyununda İspaniya millisi Fransa ilə üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

AÇ-2024

Yarımfinal

9 iyul

23:00. İspaniya – Fransa

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

Münhen. “Alyans Arena”.