ABŞ Maliyyə Nazirliyi Rusiya ilə bağlı sanksiya siyahılarını genişləndirib. 

İqtisadiyyat.az xəbər verir ki, yeni sanksiyalar çərçivəsində "Pobeda" aviaşirkətinə qarşı sanksiyalar tətbiq edilib.

İkinci dərəcəli sanksiyalar üçüncü ölkələrin, o cümlədən Azərbaycan vətəndaşlarına da şamil edilib.

Sanksiya siyahısına Rusiya Federasiyası ilə əlaqəli 29 fiziki və 250 hüquqi şəxs, həmçinin 16 gəmi daxildir. Yeni sanksiyalara Çin və Türkiyədən şirkətlər də daxildir.