ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC), Əmtəə Fyuçers Ticarət Komissiyası (CFTC) və ABŞ Ədliyyə Departamentinin kriptovalyuta birjası FTX ilə bağlı araşdırmaya başladığı bildirilir.

İqtisadiyyat.az ABŞ mətbuatına istinadən xəbər verir ki, FTX-nin likvidlik böhranı zamanı müştəri vəsaitlərini necə idarə etdiyi araşdırılıb..
ABŞ Ədliyyə Nazirliyindən bildirilib ki, araşdırma dələduzluq kimi cinayət pozuntuları ilə bağlıdır. 

Bloomberg-in hesabatına görə, FTX baş direktoru Sam Bankman-Fried, FTX investorlarına nağd pul mənbəyi tapılmasa, şirkətin iflas üçün müraciət etməli ola biləcəyi barədə xəbərdarlıq edib. 
Bankman-Fried kriptovalyuta birjasının 8 milyard dollarlıq kəsirlə üzləşdiyini bildirir.

Məhəbbət Məmmədov

Dünyanın ən böyük kriptovalyutası olan Binance-in təsisçisi və baş icraçı direktoru Changpeng Zhao çərşənbə axşamı günü FTX almağı planlaşdırdıqlarını açıqlayıb.

Zhao Twitter-dəki açıqlamasında bildirib ki, FTX Binance-dən kömək istəyib. FTX-nin likvidlik problemi olduğuna diqqət çəkən Zhao, istifadəçiləri qorumaq üçün FTX.com-u tam şəkildə almaqla bağlı anons verib. 

Daha sonra Binance FTX-ni almağı dayandırıb. Buna səbəb sui-istifadə edilən müştəri vəsaitləri olub.