Amerika Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsi (NHTSA) "Model 3" və "Model Y" avtomobili ilə bağlı araşdırmaya başlayıb.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, buna səbəb sükan idarəetməsi və elektrik sükanının itirilməsi ilə bağlı hadisələrin sıx şəkildə baş verməsidir. 

 "Tesla Performance Model 3" istifadə edən sürücünün şikayətinə görə, sükanı idarə edərkən sola dönmək istədikdə sükan kilidlənib və xəta kodunu göstərib. Digər sürücü isə bildirib ki, "Tesla"nın proqram yeniləmələri etməməsi yol qəzalarına səbəb olub. 

Qeyd edək ki, ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) araşdırmanın nəticələrinə əsasən avtomobillərin geri çağırılmasını tələb edə bilər.

Gülşən Şərif

İqtisadiyyat.az