“Penitensiar Xidmət üzrə 1 saylı Cəzaçəkmə Müəssisəsindən amnistiya şamil edilən doqquz nəfər azad edilib”.
Bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib.
O bildirib ki, gün ərzində 1 saylı Cəzaçəkmə Müəssisəsindən ümumi 19 nəfərin azadlığa buraxılması gözlənilir:
“Onlardan artıq doqquz nəfər azadlığa buraxılıb, qalan 10 nəfərin isə gün ərzində sənədi prokurorluqdan göndərilən kimi icra ediləcək”.
Qeyd edək ki, Zəfər Gününün birinci ildönümü ərəfəsində “8 Noyabr - Zəfər Günü Münasibəti ilə amnistiya elan edilməsi haqqında” qərarın icrası çərçivəsində dekabrın 1-nə 1 787 nəfər məhkum haqqında amnistiya aktı tətbiq edilib.
Qeyd edək ki, 5 noyabr tarixindən başlayan amnistiya aktının icra edilməsi prosesi dörd ay müddətində davam etdiriləcək.