Mk8 Golf GTI buraxılanda analitiklər və avtomobil həvəskarları tərəfindən ən böyük tənqidlərdən biri məlumat-əyləncə sisteminin mürəkkəbliyi idi.
 İqtisadiyyat.az xəbər verir ki, Volkswagen-in baş direktoru Tomas Schafer məlumat-əyləncə sistemi ilə bağlı açıqlama verib
MIB3 məlumat-əyləncə sistemində və bəzi elektrikli avtomobillərdə səhvlərə yol verildiyini, Mk8 Golf ilə yanaşı, seriyanın digər avtomobillərində də bu səhvlərə yol verildiyini etiraf etdi. Problemləri ən qısa zamanda həll edəcəklərini ifadə edən Schafer, “Nə etməli olduğumuzu bilirik. Biz müştərilərimizdən, mətbuatdan və dilerlərimizdən aldığımız rəyləri qiymətləndiririk. Bir şeyin kifayət qədər yaxşı olmadığını bilirsinizsə, onu dəyişdirməlisiniz”.
Yeni proqram təminatı üzərindəki işləri sürətləndirdiklərini bildirən Schafer, məlumat-əyləncə sisteminə daha çox xüsusiyyət əlavə edəcəklərini bildirib. Volkswagen sahibləri məlumat-əyləncə sistemi vasitəsilə oturacaqların qızdırılması və ətrafın işıqlandırılması kimi funksiyaları asanlıqla idarə edə biləcəklər.

Məhəbbət Məmmədov