ABŞ-da elm adamları infarktın özünü büruzə verməsindən bir ay əvvəl 7 əlamət ehtimalının olduğunu aşkar ediblər.

İqtisadiyyat.az “The Mirror” qəzetinin yazdığı məlumata istinadən xəbər verir ki, bu araşdırma infarktdan bir ay əvvəl baş verə biləcək yeddi əlamətləri üzə çıxarıb.

İştirakçıların 95 faizində infarktdan bir aydan çox əvvəl qeyri-adi simptomlar olub və bu simptomlar infarktdan sonra keçib. Ən çox görülən 7 simptomlar isə 48 faiz yuxu pozğunluğu, 42 faiz nəfəs darlığı, 39 faiz həzmsizlik, 35,5 faiz narahatlıq, 24,9 faiz ağır, əl və ya ayaq zəifliyi, 23,9 faiz düşüncə dəyişikliyi, 21,9 faiz iştahsızlıq kimi özünü büruzə verir.

Məhəbbət Məmmədov