"Dünyada hər gün 3500 nəfər hepatit B və C infeksiyaları səbəbindən ölür".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “2024 Qlobal Hepatit Hesabatı”nda hepatitdən ölüm hallarının artdığı bildirilib.

Hesabatda hər il 1 milyon 300 min insanın viral hepatitdən öldüyü qeyd edir və dünyada yoluxucu xəstəliklərdən ölüm hallarının ikinci ən böyük səbəbi hepatit olduğu bildirilir.

Qurumun 187 ölkədən aldığı yeni məlumatlara əsasən, viral hepatitdən ölənlərin sayı 2019-cu ildəki 1,1 milyondan 2022-ci ildə 1,3 milyona yüksəlib. Bu ölümlərin 83 faizinə hepatit B, 17 faizinə isə səbəb hepatit C səbəb olub.

Hesabatda 2022-ci ildə 254 milyon insanın hepatit B, 50 milyon insanın isə hepatit C ilə yaşayadığı qeyd olunub. Məlumata görə, dünyada hər gün 6 mindən çox insan viral hepatitə yoluxur.

 

Gözəl Həşimova