Bakıda fəaliyyət göstərən "Medistyle" klinikasının külli miqdarda vergi borcu yaranıb.

İqtisadiyyat.az xəbər verir ki, hazırda özəl tibb müəssisəsinin yığılmış vergi borcu 739 316,17 manat təşkil edir.

Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Vergi borcu gecikdirildiyi təqdirdə Dövlət Vergi Xidməti məhkəməyə müraciət edə və klinika barədə sanksiyalar tətbiq oluna bilər.

Qeyd edək ki, "Medistyle" MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Klinikanın nizamnamə kapitalı 3 948 855 manatdır. Müəssisənin qanuni təmsilçisi isə klinikanın direktoru və Kardiologiya şöbəsinin müdiri həkim Samir Abbasovdur. Həkim Samir Abbasov bir neçə il əvvəl əməliyyat zamanı ölən xəstənin yaxınları tərəfindən şikayət olunması ilə yadda qalıb. Həmin vaxt mətbuata açıqlama verən əməliyyat prosesinin diskə yazıldığını və heç bir səhlənkarlığın baş vermədiyini bildirib.