Dünyada gözlənilən ömür uzunluğu xəstəliklərə nəzarət sayəsində artıb.

İqtisadiyyat.az xəbər verir ki bununla bağlı araşdırmanın nəticələri "Lancet" jurnalında dərc olunub.

Məlumata görə, qlobal ömür uzunluğu 6,2 il artıb. Buna ishal, aşağı tənəffüs yollarının infeksiyaları, həmçinin insult və ürək-damar xəstəliklərindən ölənlərin sayının azalması kömək edib.

Cənub-Şərqi Asiya, Şərqi Asiya və Okeaniyanı əhatə edən regionda 1990-2021-ci illər arasında ömür uzunluğu 8,3 il il artıb. Eyni zamanda, Cənubi Asiyada ömür uzunluğu 1990-cı ildən 2021-ci ilə qədər 7,8 il artıb.

Bununla belə, alimlər COVID-19 pandemiyasının gözlənilən ömür uzunluğuna əhəmiyyətli mənfi təsirini də müəyyən ediblər. Mütəxəssislər həmçinin şəkərli diabet və böyrək xəstəlikləri kimi qeyri-infeksion xəstəliklərin artan təhlükəsini də aşkar ediblər.

Bildirilib ki, yüksək gəlirli ölkələr aşağı gəlirli ölkələrdən fərqli olaraq bir çox növ qeyri-infeksion xəstəliklərdən ölüm hallarını azaltmağa nail olublar.

 

Gözəl Həşimova