İndoneziyada 4 uşaq poliomielit virusuna yoluxduqdan sonra peyvənd kampaniyasına start verilib.

Təxminən 10 il əvvəl virusdan təmizlənən İndoneziyada, Aceh bölgəsində 7 yaşlı bir uşaqda poliomielit diaqonuzu yenidən qoyulub.

Peyvənd olunmamış daha 3 uşağın bu virusa yoluxduğu bildirildikdən sonra ölkədə kütləvi peyvəndləmə prosesinə başlanılıb.

Peyvənd proqramı 1,2 milyon uşağın virusa qarşı immunizasiyasını hədəfləyir.

Bildirilir ki, İndoneziyanın bəzi bölgələrində peyvəndin olmaması səbəbindən virusa qarşı immunitet zəifdir.