Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.
İqtisadiyyat.az xəbər verir ki, "McLaren" pilotu Oskar Piastri bütün rəqiblərini qabaqlayıb.
"Ferrari"dən Şarl Lekler ikinci, "Mercedes"dən Corc Rassel üçüncü yeri tutub.
***15:42
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında hazırda "McLaren" pilotu Oskar Piastri liderdir.
İqtisadiyyat.az xəbər verir ki, "Ferrari"dən Şarl Lekler ikinci, "Red Bull"dan Serxio Peres üçüncüdür.
***15:32
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.
İqtisadiyyat.az xəbər verir ki, mübarizəyə saat 15:00-da start verilib.
20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.