"Barselona"nın yarımmüdafiəçisi Qavi bu gün məşqlərə qayıdacaq.
İqtisadiyyat.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, zədədən tam sağalma oktyabr və ya noyabr aylarına qədər davam edəcək.
Həkimlər futbolçuya yükü tədricən artırmağa və əsas qrupla məşq etməyə icazə veriblər
Lakin, futbolçunun əvvəlki formasına tam qayıtması hələ tezdir.
Futbolçu sonuncu dəfə noyabrın 19-da İspaniya millisinin heyətində oyuna çıxıb.