UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Tottenham Hotspur" (İngiltərə) - “Qarabağ” FK matçının biletləri satışa çıxarılıb.

İqtisadiyyat.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Londonda keçiriləcək matçın "Qarabağ" azarkeşləri üçün bilet qiyməti 80 AZN-dir. Oyunu izləmək istəyən azarkeşlər iTicket.az-da vauçerləri onlayn şəkildə əldə edə bilərlər. Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun "Block 503" sektorunun qarşısında yerləşən məntəqədə biletə dəyişməlidir. 

Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən şəxsiyyəti təsdiq edən sənəd üzərilərində olmalıdir.

Vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq.

Qeyd edək ki, "Tottenham Hotspur" - "Qarabağ" oyunu sentyabrın 26-ı saat 23:00-da (Bakı vaxtı ilə) start götürəcək.