Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib.
İqtisadiyyat.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi” klubunun ev oyunlarını keçirdiyi “Neftçi Arena”da təmir və yenidənqurma işləri başa çatmadığına görə "ağ-qaralar" “Qarabağ”la matçın məkanının dəyişdirilməsi üçün PFL-ə müraciət edib.
“Qarabağ” klubunun rəsmi razılığını nəzərə alan qurum VII turda baş tutacaq “Neftçi” - “Qarabağ” oyunu ilə XV turun “Qarabağ” - “Neftçi” matçının yerini dəyişdirib. Qarşılaşma sentyabrın 20-də, saat 20:00-da "Azərsun Arena"da reallaşacaq.