“Qəbələ” daha bir transferini gerçəkləşdirib.

İqtisadiyyat.az xəbər verir ki, Qəbələ şəhər təmsilçisi Elşad Tağıyevlə anlaşıb.

“Qəbələ” akademiyasının yetirməsi olan 23 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. Son komandası “Şamaxı” olan futbolçu daha öncə “Səbail”in də əsas komandasında çıxış edib. O, “Neftçi”nin əvəzedici heyətində də forma geyinib.