Sinqapurda koronavirusun “omikron” ştammından ilk ölüm halı qeydə alınıb.

Ölən 92 yaşlı qadının koronavirusa qarşı peyvənd vurdurmadığı bildirilir. O, “omikron”a ailə üzvlərindən birindən yoluxub. 10 günlük müalicə nəticəsində isə onun həyatını xilas etmək mümkün olmayıb.