Pandemiya ilə bağlı bir çox ölkələrdə qadağaların tətbiqi məhz "Omikron" ştammının daha sürətli yoluxma xüsusiyyəti ilə bağlıdır.

Bunu Trend-ə açıqlamasında infeksionist Könül İsmayılova deyib.

Onun sözlərinə görə, bu halda, daha çox insan yoluxduğu təqdirdə, xəstəxanalara müraciət halları arta bilir və səhiyyə sisteminin yüklənməsinə gətirib çıxara bilər.

"İngiltərədə 100 000 nəfər arasında aparılan (REACT1) tədqiqatında 2021-ci ilin dekabr ayında yaxmaların pozitivliyi tədqiq edilib. Nəticələrə əsasən, vaksinasiya olunmuş əhali arasında pozitiv PZR yaxmalarının sayı əhəmiyyətli dərəcədə az olub. Çində isə "Sinovac"la aparılan 2 doza vaksindən sonra buster doza olunmuş insanlar arasında 28 gün sonra antitellərin daha yüksək olması məlum olub. Yoluxmaların artmaması üçün yenə də əvvəlki qorunma tədbirləri (məsafə saxlamaq, maska istifadəsi, əl gigiyenası) və vaksinasiya yenə də əhəmiyyətli olaraq qaldığından tövsiyyə olunandır".