Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC 29 824 sayda ADSL/VDSL və 3 072 POTS port tutumu yaradılması üçün DSLAM avadanlığının alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. 

Tenderin qalibi “Huavei Technologies Azerbaijan” MMC-dir. 

Qalib şirkətə 849 442 manat ödəniləcək.