Bu ilin yanvar-may aylarında Azərbaycana ümumilikdə 53,5 milyon dollar dəyərində 1250 ədəd elektrikli avtomobil idxal olunub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan elektromobillərin sayı 438 ədəd və ya 54 % artıb.

Bu dövrdə elektrikli avtomobil idxalına çəkilən xərc ötən ilin 5 ayına nisbətən 19,1 milyon dollar və ya 55,6% artıb.

 

Gözəl Həşimova