Azərbaycana gətirilən elektrikli avtomobillərin sayı son 3 ildə nəzərəçarpacaq dərəcədə artıb. Artıq bir neçə ildir ki, istehsal tarixi 3 ildən çox olmayan elektrik mühərrikli avtomobillərin idxalı və satışı ƏDV-dən azad edilib. Bu isə bazarda belə avtomobillərin sayını artırıb.

Bəs Azərbaycan avtomobil bazarında elektromobillərin qiyməti neçəyədir?

İqtisadiyyat.az xəbər verir ki, “Operativ Media” Azərbaycan avtomobil bazarında olan ən ucuz, ən yeni və ən çox satılan elektromobilləri araşdırıb.

Hazırda bazarda satışda olan ən ucuz elektromobil “CEVO-C SE” markalı Çin istehsalı olan avtomobildir. İstehsal ili 2020-ci il olsa, da həcmi kiçik, yürüş məsafəsi azdır. Bu elektromobil tam şarjla 80 km məsafə qət edir. Qiyməti isə yerli avtomobil satışı platformalarında 11 800 AZN göstərilib.

Cevo Mobility to build factory at Vietnam - THE ELEC, Korea Electronics  Industry Media

Azərbaycan avtomobil parkına hələ 2015-ci ildən daxil olan "Nissan"ın “LEAF” modellərinin qiyməti isə 11.900 manatdan başlayır. Tam şarjla 140 kilometrə qədər məsafə qət edən bu avtomobil bazara ilk dəfə daxil olsa da, geniş alıcı kütləsi toplaya bilməyib.

2015 Nissan LEAF offers up new features, premium feel | CTV News

“WULİNG HONGGUANG MİNİ EV” markalı elektromobil isə qiyməti və ilinə görə xüsusilə diqqət çəkir. 27 at gücü olan 2022-ci ilin istehsalı bu avtomobil bazarda 16 min manatdan satışa çıxıb. Avtomobilin həcmi kiçik olsa da, sürücü və 3 sərnişinlə 130 km yürüş imkanı yaradır.

Стоимость Wuling Hongguang Mini EV — самого популярного электромобиля в  Китае — рухнула до 2850 долларов

“CHANGAN” markasının qiyməti isə modellərinə görə dəyişir. Bu seqment üçün qiymətlər 20 min manatdan başlayır.

Changan 'Deep Blue' New EV Brand Officially Confirmed, 52% OFF

Ucuz avtomobillərlə yanaşı premium sinif üçün nəzərdə tutulan elektromobillər var ki, qiymətləri baha olsa da, alıcısı kifayət qədərdir. “Tesla” modellərinin qiyməti 20 min dollardan başlayır. Bu avtomobillər ful şarjla 600 kilometrdən çox məsafə qət edir.

Upcoming Tesla Model 3 Car Specifications and Price | CarTrade

"Volkswagen"in “ID” modellərinin qiyməti 25 min dollardan başlayır. Tam şarjla avtomobil 600 km məsafə qət etmək imkanındadır. 

VOLKSWAGEN ID.6 CROZZ Lite Pro

“ZEEKR” avtomobilin modelləri isə 30 min dollardan başlayan qiymətlərlə satışa çıxarılır. Tam şarjla 560 km məsafə qət edən bu avtomobillər xeyli yeni funksiyaları ilə alıcılıların diqqətini çəkə bilib. Məhz bu amilə görə Bakı küçələrində kifayət qədər "ZEEKR" görmək mümkündür.

Geely subsidiary Zeekr launches compact EV in China - electrive.com

Hazırda Azərbaycanda bu seqmentin ən bahalı avtomobilləri isə “MERCEDES” və “BMW”lərdir. Mercedes “MAYBACH EQS 6”nın bazar qiyməti 387 min manatdır.

Lüks ve kalitenin tam elektriklisi: Mercedes-Maybach EQS 680 SUV - Ekonomim

“BMW i7 M70” isə 346 min manatdır. Premium sinif sayılan bu avtomobillər 525 km yürüş imkanı verir. Bu avtomobillərdə xüsusilə komfort və funksianallıq amilləri nəzərə alınıb.

BMW i7 M70 All-Electric Luxury Sedan | BMW USA