Bu ilin yanvar-may aylarında Azərbaycana ümumilikdə 648,5 milyon dollar dəyərində 35 570 ədəd avtomobil idxal olunub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 4694 ədəd azalıb.

Bu dövrdə avtomobil idxalına çəkilən xərc isə ötən ilin eyni ayları ilə müqayisədə 36,4 milyon dollar çoxdur.

 

Gözəl Həşimova