Amerikanın elektrikli avtomobil istehsalçısı “Tesla” təhlükəsizlik problemlərinə görə 125 227 avtomobili geri çağırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-nin Avtomobil Yollarının Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyasının (NHTSA) məlumat yayıb.

Bildirilib ki, avtomobillərdə təhlükəsizlik kəməri xəbərdarlığı sistemində nasazlıq olduğundan şirkət bu addımı atıb.

Geri çağırılmaya 2012-2024 Model S, 2015-2024 Model X, 2017-2023 Model 3 və 2020-2023 Model Y avtomobilləri daxildir.