Mayın 28-də "Porsche" 164,900 dollardan başlayan qiyməti ilə məşhur "911" idman avtomobilinin ilk hibrid versiyasını təqdim edib.

Bu barədə İqtisadiyyat.az "CNBC"ə istinadən xəbər verir.

Hibrid modellər üçün sifariş artıq açıqdır və ABŞ dilerlərinə bu ilin sonuna qədər çatdırılma gözlənilir.

Bundan əlavə, "Porsche", müştəri tələbinə əsaslanaraq, 2030-cu ilə qədər qlobal miqyasda satılan avtomobillərinin ən azı 80%-nin qismən və ya tamamilə elektrikli olacağını proqnozlaşdırır.

Qeyd edək ki, "Porsche"nin birinci rübdə qlobal satışları 77 640 avtomobil təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 4% azdır.

 

Gözəl Həşimova