"Kristal Abşeron" Xırdalandakı yaşayış kompleksinin yeraltı avtodayanacağının qiymətini artırıb.

Bu barədə İqtisadiyyat.az-a sakinlər məlumat verib.

Qeyd edilib ki, dayanacaqda parking qiyməti 20 manat artırılıb.

Belə ki, "Kristal Abşeron" yeraltı dayanacaqda bir avtomobilin park edilməsi üçün aylıq qiyməti 30 manatdan 50 manata qaldırıb.