Benzinlə işləyən avtomobillər aprel ayında Avropa İttifaqında (Aİ) yeni minik avtomobilləri bazarının 36%-ni təşkil edib. Beləliklə, benzinlə işləyən avtomobillər Aİ-də lider mövqeyini qoruyub. Bununla belə benzinlə işləyən avtomobillərin payı ötən illə müqayisədə 2 faiz bəndi azalıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Avropa bazarında hibridlərin payı 25%-dən 29%-ə yüksəlib. İstehlakçıların 14,7%-i isə dizellə işləyən avtomobilləri seçib.

Elektrikli nəqliyyat vasitələrinin payı demək olar ki, dəyişməyərək təxminən 12% qalıb.

Ümumilikdə, apreldə Avropa İttifaqında yeni avtomobillərin qeydiyyatı 913 995 ədəd təşkil edib. Bu ilin yanvar-aprel aylarında isə Aİ-də yeni minik avtomobilləri bazarı 6,6% artaraq 3,7 milyon ədədə çatıb.

 

Gözəl Həşimova