Dağıstanda terror aktları nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Baza" məlumat yayıb.

Ölənlər arasında 15 hüquq-mühafizə orqanı əməkdaşı, 5 mülki şəxs və şəxsiyyətləri hələlik müəyyən edilməyən daha beş nəfər var. Bundan başqa, respublika ərazisində törədilən terror aktları nəticəsində 51 nəfər xəsarət alıb. Onlardan 13-nün vəziyyətinin ağırdır.

***

Dağıstanda terror aktları nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Baza" məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində yaralananların sayı 22 nəfərə yüksəlib.

Bildirilib ki, Daxili İşlər Nazirliyi 5 terrorçunu məhv edib.

***

09.21

Dağıstanda silahlı şəxslərin kilsələrə və polis məntəqəsinə hücumu nəticəsində ölənlərin sayı artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Melikov öz şəxsi "Telegram" kanalında məlumat yayıb.

Qeyd edilib ki, terrorçular 15 polis zabitini və aralarında pravoslav keşiş də daxil olmaqla bir neçə mülki şəxsi qətlə yetiriblər.

Məlumata görə, silahlı şəxslər iki şəhərdə iki pravoslav kilsəsinə və polis postuna atəş açıblar.

Hadisə nəticəsində ən azı 12 nəfər yaralanıb. Bölgədə 3 günlük matəm elan edilib.

Hökumət əks-terror əməliyyatı elan edib, həmçinin terror aktı maddəsi ilə cinayət işi başlayıb.

 

Gözəl Həşimova