ABŞ-nin elektrikli avtomobil istehsalçısı "Fisker", inflyasiya və istehsal problemlərini əsas gətirərək, iflas elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.

"Fisker"in iflas ərizəsi ABŞ-nin elektrikli avtomobil sənayesi ilə bağlı narahatlıqları artırıb, çünki artan xərclər və istehsal problemləri bu startapların davamlılığını təhdid edir.

Bildirilib ki, "Fisker" aktivlərinin satışı ilə bağlı maraqlı tərəflər ilə müzakirələr aparır.

Məlumata görə, "Fisker" aylardır ki maliyyə çətinliyi içərisindədir və 2022-ci ildə satışa çıxarılan "Ocean" modelinin istehsalını artıq dayandırıb.

Şirkət 2020-ci ildə törəmə şirkəti ilə birləşmə yolu ilə birjaya çıxanda 2,9 milyard dollar dəyərində qiymətləndirilib.

 

Gözəl Həşimova