İyulun 7-dən Türkiyədə Çindən gətirilən bütün avtomobillərin gömrük rüsumları 40% artacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq sərəncamı hökumət qəzeti “Resmi Gazete”də dərc olunub.

Məlumata görə, rüsum benzin, dizel, hibrid və elektriklə işləyən avtomobillərə şamil edilir. Bildirilib ki, onun minimum məbləği 7 min dollar olacaq.

Ekspertlərin fikrincə, gömrük rüsumlarının artırılması Türkiyə hakimiyyətinin idxalı məhdudlaşdırmaq və cari hesab kəsirini azaltmaq istəyi ilə bağlıdır. Ötən il Türkiyə Çinin elektrik avtomobillərinə rüsumları artırıb.

 

Gözəl Həşimova