Çinin texnologiya şirkəti "Xiaomi" bu ilin sonuna qədər 120 min "SU7" elektrikli avtomobilini tədarük etmək niyyətindədir.

İqtisadiyyat.az "The Standard"a istinadən xəbər verir ki, bu barədə şirkətin prezidenti Lu Veybin bildirib.

Daha əvvəl şirkət 100 min avtomobil tədarük edəcəyini açıqlayıb.

Bildirilib ki, istehsal gücü tam artırılır və iyun ayında şirkət iki növbəli işə keçəcək.

Qeyd edək ki, bu il mart ayında "Xiaomi" ilk elektrikli avtomobilini - "SU7"ni təqdim edib.

 

Gözəl Həşimova