"Toyota Motor" şirkəti Rusiyadan 3864 avtomobilini geri çağırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Rosstandart" məlumat yayıb.

Məlumata görə, söhbət 30 sentyabr 2021-ci ildən indiki vaxta qədər satılan avtomobillərdən gedir.

Geri çağırma "Toyota LC 300", "LX 500D", "LX 600" avtomobillərinə şamil edilir.

Buna səbəb isə avtomobillərin əyləcində yaranan problemlərdir.

 

Gözəl Həşimova